RU

Küçə təmizlənməsi sahəsi özəlləşdirilsin - Deputatdan təklif

“Küçə təmizlənməsi sahəsi özəlləşdirilməlidir”. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, küçələrdə təmizlik işləri ilə məşğul olanlar 450 manat maaş alır:

"Onlar hər dəfə mənimlə görüşəndə bu məsələni hökümətin diqqətinə çatdırmağımı xahiş edirlər. Vəziyyəti dəyişmək üçün bu sahənin təcili özəlləşdirilməsini təklif edirəm. 

Bununla yanaşı, Milli Elmlər Akademiyasında elmlər doktoru 764 manat, fəlsəfə doktoru 647 manat, elmi işçi 445 manat, kiçik elmi işçi 415 manat maaş alırlar. Onların əməkhaqlarının artırılmasına ehtiyac var”.

Anar Kəlbiyev

Избранный
28
39
unikal.az

10Источники