RU

NATO nazirləri Brüsseldə toplanacaq - Ukraynaya hərbi yardımı müzakirə olunacaq

Şimali Atlantika Alyansına üzv ölkələrin xarici işlər nazirlərinin dekabrın 3-4-də Brüsseldə keçiriləcək görüşünün əsas mövzusu Rusiyaya qarşı müharibədə Ukraynaya köməklik olacaq.

Herbiand.az xəbər verir ki, bu barədə “Alman Dalğası”na NATO rəsmisi məlumat verib.M\lmatda deyilir ki, nazirlərin Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqları və Rusiyanın davam edən qəddar hərbi təcavüzünə cavab olaraq BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququnu müdafiə etməyə davam edən Ukraynaya sarsılmaz dəstəyini bir daha təsdiqləyəcəkləri gözlənilir.

“Biz həmçinin xarici işlər nazirlərinin Rusiyanın NATO ölkələrindəki düşmənçilik hərəkətlərini müzakirə etmələrini və bu cür hərəkətlərin müttəfiqlərin Ukraynaya dəstəyini davam etdirməsinə və müdafiəmizi gücləndirməsinə mane olmayacağını bir daha təsdiqləmələrini gözləyirik”, - deyə rəsmi bildirib.

Избранный
23
herbiand.az

1Источники