RU

Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri artırılır

Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi aparılan sosial islahatlarda önəmli yer tutur.

Fins.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.

Qeyd edilib ki, nazirliyin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı çərçivəsində, əlilliyi olan şəxslərin rəy və təklifləri də öyrənilməklə 2020-ci ildə və cari ildə qanunvericilikdə müvafiq dəyişikliklər edilib.

Beləliklə, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin sayı son 4 ildə 4 dəfə artırılaraq 34-dən 130-a çatdırılıb.

Избранный
6
10
fins.az

10Источники