Bakı. Trend:
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” Bakıdakeçirilən, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindənbiri olan VIII Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşıdır.
Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunan tədbirmaliyyə-bank sahəsində tənzimləyici və nəzarət orqanlarının,kommersiya banklarının, fintech şirkətlərinin nümayəndələrini,dövlət və özəl sektordan olan rəhbər şəxsləri bir arayagətirir.
“Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” adı altındakeçirilən forumda nağdsız iqtisadiyyata keçid, rəqəmsallaşma vəmaliyyə texnologiyalarının bankçılıq sahəsinə təsiri kimi mövzularətraflı müzakirə olunacaq. Tədbirə dəvət edilmiş ekspertlər,maliyyə dayanıqlılığını artıran innovativ strategiyalar və rəqəmsalimkanlardan faydalanmağı təşviq edən ideyalar üzərində fikirmübadiləsi aparacaqlar.
Tədbir çərçivəsində “PAŞA Bank”ın Data departamentinin direktoruİlker Kurtuluş “Bankçılığın gələcəyi: Məlumat əsaslı innovasiyalarvə ekosistemin inkişafı” adlı paneldə moderator olaraq iştirakedəcək. Paneldə yerli və beynəlxalq ekspertlər bankçılıq maliyyəekosistemində məlumatların idarəedilməsi, innovasiyaların və xüsusiilə süni intellektin tətbiqi kimi mövzuları müzakirə edib, öztəcrübələrini bölüşəcəklər.
Qeyd edək ki, VIII Beynəlxalq Bankçılıq Forumu öz işini dekarbın4-də yekunlaşdıracaq.