RU

“Neftçi”yə 2800 manatlıq cərimə

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, toplantıda Premyer Liqanın XV turunda yaşananlara hüquqi qiymət verilib.

“Neftçi” 2800 manat cərimələnib. “Ağ-qaralar” “Qarabağ”la matçda azarkeşlərin meydana kənar əşya atmasına görə 800, fanatların kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi (bu hal ikinci dəfə yaşanıb) ucbatından 500 manat ödəyəcək. Bakı klubu meydana vaxtında çıxmadığı üçün görüş gec başlayıb və meydan sahibləri 1500 manat cərimə olunub.

“Köhlən atlar” isə tərəfdarlar pirotexniki vasitədən istifadə etdiyinə görə 1500 manat verəcək. Hazırkı ölkə çempionuna azarkeşlərin kütləvi şəkildə təhqiramiz ifadələri ucbatından (bu hal ilk dəfə yaşanıb) xəbərdarlıq edilib.

“Turan Tovuz” klubuna isə xəbərdarlıq edilib.

Buna Tovuz klubunun azarkeşlərinin Misli Premyer Liqasının XV turunda baş tutan “Araz-Naxçıvan”la matçın 83-cü dəqiqəsində hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA “Turan Tovuz” klubuna xəbərdarlıqla kifayətlənib.

XV turun “Şamaxı” – “Kəpəz” matçında Gəncə təmsilçisi 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə 700 manat cərimələnib.

“Zirə” – “Sumqayıt” oyununda isə qonaqlar 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat cərimələnib.

Избранный
20
36
msport.az

10Источники