RU

ABŞ İvanişviliyə sanksiya tətbiq edəcək? – Miller açıqladı

“ABŞ gürcü xalqının tərəfindədir və Gürcüstan hakimiyyətinin ölkəni avrointeqrasiya yolundan uzaqlaşdıran addımlarından narahatdır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

O, hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişviliyə ABŞ-ın sanksiya tətbiq edib-etməyəcəyi barədə sualı da cavablandırıb.

“ABŞ belə məsələləri öncədən tribunadan elan etmir. Sanksiyaları elan etməyə ehtiyac olanda, biz onları elan edirik”, - o söyləyib.

Qeyd edək ki, ABŞ noyabrın 30-da Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını açıqlayıb.


Müəllif: Cəmilə Babayeva
Избранный
12
teleqraf.com

1Источники