RU

“Tramp Avropa İttifaqını parçalayacaq” – Stiven Uolt

“Tramp avropalı müttəfiqlərini strateji aktiv kimi görmür. Açıq şəkildə Avropa Birliyinə düşmən münasibəti bəsləyir. Onu zəiflətmək və ya parçalamaq üçün əlindən gələni edəcək”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ-nin dünyada hazırkı mövqeyi və yeni prezident Donald Trampın ABŞ xarici siyasətini necə istiqamətləndirəcəyi barədə fikirlərini bölüşən beynəlxalq münasibətlər üzrə ekspert Stiven Uolt deyib.

Onun sözlərinə görə, ABŞ-nin iqtisadiyyatı, ali təhsil sistemi, hərbi və coğrafi mövqeyi kimi müxtəlif amillər ölkənin gücünün daim saxlanmasında mühüm rol oynayıb:

“ABŞ-nin insan hüquqları və institutları təşviq edən qlobal liberal nizam yaratmaq üçün öz gücündən istifadə etməsi ehtimalı azdır. Eyni zamanda, artan kəsir, inflyasiya kimi problemlər dünyanın əhəmiyyətli dərəcədə yoxsullaşmasına səbəb olacaq. Hətta yaxın perspektivdə ticarət müharibəsi belə ola bilər”.

Analitik əlavə edib ki, Avropa da hazırda müxtəlif problemlərə boğuşur:

“Tramp avropalı müttəfiqlərini strateji aktiv kimi görmür. Açıq şəkildə Avropa Birliyinə düşmən münasibəti bəsləyir. Onu zəiflətmək və ya parçalamaq üçün əlindən gələni edəcək. Eyni zamanda, Ukraynaya dəstəyi məhdudlaşdıracaq və məsələni Avropanın öhdəsinə buraxacaq”.

“Yaxın Şərqə gəldikdə isə qarşıdurmalar hələ davam edəcək. Tramp Qəzza, Livan və işğal olunmuş İordan çayının qərb sahilində günahsız insanların məruz qaldığı faciəli itkilərə məhəl qoymayacaq. Çin məsələsində isə sərt və yeni tariflər tətbiq edəcək. Hətta Asiyada müttəfiqlərini təxribata belə çəkə bilər”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Избранный
7
yenicag.az

1Источники