RU

Politoloq: Kosta və Kallas Borreldən fərqli yanaşma sərgiləməlidirlər...

Avropa Şurasının rəhbəri və Belçikanın keçmiş baş naziri Şarl Mişel öz səlahiyyətlərini portuqaliyalı Antoniu Kostaya təhvil verib...

İlyas Hüseynov: “Bu səlahiyyətlərin portuqaliyalı Antonio Kostoya təhvil verilməsi Avropa məkanında, eləcə də, Cənubi Qafqaza münasibət də yeni bir vəziyyəti formalaşdırır”.

“Kosta daha çox erməni siyasi gündəliyini diqtə edən və yaxud bu istiqamətdə çalışan Borreldən fərqli yanaşma sərgiləməlidir”.

Bu sözləri politoloq İlyas Hüseynov Avropa Şurasının rəhbərliyində edilən dəyişikliyi Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Avropa Şurasının rəhbəri və Belçikanın keçmiş baş naziri Şarl Mişel öz səlahiyyətlərini portuqaliyalı Antoniu Kostaya təhvil verib.

Bəs, yaşanan böyük geosiyasi kataklizmlər fonunda Avropa İttifaqının xarici siyasətində hansı dəyişikliklər ola bilər və Kosta Azərbaycana Borreldən fərqli baxış sərgiləyə bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Kosta və Kallas daha çox erməni siyasi gündəliyini diqtə edən və yaxud bu istiqamətdə çalışan Borreldən fərqli yanaşma sərgiləməlidirlər”.

Əsas diqqət çəkən məqamın yeni geosiyasi məqamların nəzərə alınmasının olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Azərbaycanın maraqlarından kənar hansısa addımların atılmamamasıdır:

Avropa İttifaqının seçkili orqanlarına keçirilən seçkilərdən sonra müxtəlif vəzifə dəyişiklikləri gözlənilirdi və bu dekabrın 1-də baş verdi. Belçikanın keçmiş baş naziri və Avropa şurasının prezidenti Şarl Mişel öz səlahiyyətlərini təhvil vermək haqqında daha əvvəl fikir bildirmişdi və aydındır ki, onu əvəzləyən şəxs mövcud reallıqları nəzərə almalıdır. Bu səlahiyyətlərin portuqaliyalı Antonio Kostoya təhvil verilməsi Avropa məkanında eləcə də, Cənubi Qafqaza münasibətdə də yeni bir vəziyyəti formalaşdırır. Çünki Şarl Mişel regionu yaxşı tanıyan bir şəxs idi, regiona səfər etmişdi və Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində çoxsaylı addımlar atmışdı və iki ölkə arasında əsas vasitəçi sayılırdı.

Şarl Mişelin bu önəmli vəzifəni tərk etməsindən sonra, əsas diqqət çəkən məqam Kosta tərəfindən yeni geosiyasi məqamların nəzərə allnmasıdır. Bunlardan biri də Azərbaycanın maraqlarından kənar hansısa addımların atılmamamasıdır. Şarl Mişelin zamanında buna görə Brüssel formatı uzun müddət yaşaya bildi, uzun müddət bu istiqamətdə danışıqlar aparıldı. Bölgədəki sülh dövlətlər arası münasibətlərin formalaşması yönündə əsas istiqamət olmalıdır.

İlyas Hüseynov: “Ermənipərəst Makronun danışıqlar masasında hakim kimi çıxış etmək cəhdləri, əslində Brüssel formatına son verən əsas faktora çevrildi və yəqin ki, Kosta Şarl Mişelin bu mənada səhvlərini təkrar eləməz”.

Azərbaycan Ermənistan sülh müzakirələrinin Brüssel formatından çıxmasında Fransa prezidenti Makaronun prosesə müdaxilələri oldu. Ermənipərəst Makronun danışıqlar masasında hakim kimi çıxış etmək cəhdləri əslində Brüssel formatına son verən əsas faktora çevrildi və yəqin ki, Kosta Şarl Mişelin bu mənada səhvlərini təkrar eləməz. Söz yox ki, bu gün bu platformaya inam və etimad azalmış səviyyədədir və demək olar ki, yoxdur və platformanın canlanmasına da ümid azdır, lakin Aİ institutlarının obyektivliklərini qoruması çox vacibdir.

Kosta və Kallas daha çox erməni siyasi gündəliyini diqtə edən və yaxud bu istiqamətdə çalışan Borreldən fərqli yanaşma sərgiləməlidirlər. Əgər onların Cənubi Qafqaza konstruktiv baxışları olacaqsa, bərabərlik prizmasından bütün münasibətlərə mövqe ortaya qoyacaqlarsa, onda bu Avropa ittifaqının da Cənubi Qafqazda möhkəmləndirilməsi anlamını verəcək. Hətta, danışıqlar da bərpa oluna bilər. Bütün bunlar Avropa İttifaqının dini səlahiyyətli şəxslərindən, davranışlarından aslı olacaq”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
17
poliqon.info

1Источники