RU

"Zorakılıq edirdi, şiddət götərirdi" - İkardi DANIŞDI -

"Qalatasaray"ın ulduzu Mauro İkardi boşanma prosesinə qədər həyat yoldaşı Vanda Nara haqqında silsilə ittihamlar səsləndirib. Argentinada cərrahiyyə əməliyyatı keçirən İkardi deyib: Vanda məni illərdir fiziki zorakılığa, eləcə də rəqəmsal şiddətə məruz qoyub və bu, mənə bir çox iqtisadi problemlər gətirib".

Redaktor.az xəbər verir ki, İkardi ölkəsindəki əməliyyatdan sonra Argentina mətbuatına danışıb.

 "Vanda illər boyu mənə qarşı fiziki zorakılıq, həmçinin rəqəmsal zorakılıqdan istifadə edib və bu, mənə çoxlu maliyyə problemi gətirib. O, mənim hesablarımı oğurlayıb, o vaxt mənimlə eyni futbol komandasında çıxış edən futbolçulara məktub yazıb. "Instagram"da, sonradan mətbuatda dərc olunan paylaşımlar edib", - İkardı söyləyib.

"O, L-Gante ilə ikili həyat sürməyə davam edirdi. Mən onların olduğu heç bir tədbirə getmədiyim üçün psixoloji zorakılığa, pis rəftara məruz qalırdım. Vanda mənə uzun müddətdir ki, China Suarez ilə yollarım kəsişsə, özünü öldürəcəyini eyham edib. Məndə sübutlar var, hər şeyi məhkəməyə təqdim etmişəm. O, mediada mənə qarşı zorakılıq edirdi, heç vaxt mən ona əl uzatmamışam və zorakılıq etməmişəm. Bütün bunlar məhkəmə strategiyalarıdır. O, öz paylaşımlarında məni açıq şəkildə ələ saldı. Ən pisi Argentinadan qayıdandan sonra bir həftə telefonumla həmkarlarıma mesaj yazması oldu. qarışması idi. Bunu da məhkəməyə təqdim etmişəm. Türkiyədə və İtaliyada təqdim etdiyim faylda sübutlarım var."

 Vanda mənim pulumla ödənişlər edirdi, buna görə də indi onun bank hesablarıma girişini kəsmişəm. Onun  məni çirkləndirməsini istəmirəm", - deyə Mauro İkardi izah edib.
 

Sevinc İBRAHİMZADƏ

Избранный
19
redaktor.az

1Источники