RU

Gürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin iddiasını qəbul etmədi

Gürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvili və müxalifətin oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı iddiasını qəbul etməyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Gürcüstan” nəşri yayıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 26 oktyabr tarixli parlament seçkiləri nəticəsində qanunverici orqandakı 150 yer aşağıdakı kimi bölüşdürülüb:

“Gürcü Arzusu” – 89 yer;

"Dəyişiklik Koalisiyası" – 19 yer;

“Birlik – milli hərəkat” – 16 yer;

“Güclü Gürcüstan” – 14 yer;

“Gürcüstan üçün” – 12 yer.

Müxalifət bu nəticələrə etiraz əlaməti olaraq parlamenti boykot edib. Prezident Salome Zurabişvili də müxalifəti dəstəkləyib.

Gürcüstanda yeni etiraz dalğası noyabrın 28-də hakim “Gürcü arzusu”nun Avropa İttifaqına üzvlüklə bağlı müzakirələrin başlanmasını 2028-ci ilin sonuna qədər təxirə salmaq qərarından sonra başlayıb.

Bizim.Media

Избранный
4
2
bizim.media

3Источники