RU

Məhkəmə meqa layihələr həyata keçirən şirkətlə bağlı qərarını açıqlandı - Qaydaları pozub

"BCC Group" cərimələnib.

 

Pravda.az-ın xəbərinə görə, protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

Qeyd: 2003-cü ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 36000020 AZN olan şirkətin qanuni təmsilçisi Teymur Rəhim oğlu Abbasovdur. BCC Group energetika, neft-qaz, neft-kimya və digər sahələr üzrə infrastrukturun layihələndirilməsi, tikintisi, idarə olunması və xidməti üzrə MST (Mühəndislik/Satınalma/Tikinti) podratçıdır.

 

Xəyal Quliyev

Tarix: 3 Dekabr 2024, 20:54   
Избранный
16
pravda.az

1Источники