RU

Xəzinədar (Port Baku filialı) - VAKANSİYA

"Pasha Bank" ASC, Xəzinədar (Port Baku filialı) vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Daxil olmuş pulların sayılması;
  • Filialda yerləşən ATM, AVMQ və Bankın digər avadanlıqlarının boşaldılması və doldurulması;
  • Müştərinin müraciətinə və rəhbərinin göstərişi ilə əsasən inkassasiya briqadası ilə inkassasiyada iştirak etmək;
  • Sənədlər əsasında nağd pul vəsaitlərinin inkasatorlara verilməsi və təhvil alınması;
  • Nağd pul vəsaitinin kassa sənədinə əsasən mədaxil və məxaric edilməsi;
  • ABS-də müxabirləşmələrin aparılması;
  • Kassasında olan nağd pul vəsaitinin günün sonu sayılması və baş xəzinədara təhvil verilməsi
  • Kassa əməliyyat sənədlərinin saxlanılması, günün sonu kassa dövriyyəsı haqqında sənədlərin çapı və bu sənədlərə əsasən Kassa əməliyyat sənədlərinin “Günün sənədləri” qovluğuna tikilməsi;;
  • Müştəridən gələn şikayət və təkliflər barədə aidiyyatı bolmələrə və ya birbaşa rəhbərinə məlumat verməsi;
  • Avadanlıqların işlək vəziyyətdə olub-olmamasına nəzarət edilməsi;
  • Digər kassir həmkarları tərəfindən sistemə daxil edilmiş əməliyyatların yoxlayıb təsdiqləməsi (Sistem üzərindən hüquq verildikdə);
  • Baş xəzinədarın işdə olmaması halında bütün kassirlərin (öz əməliyyatları istisna olmaqla) əməliyyatlarını bank sistemində təsdiq etmək;
  • Baş xəzinədar müəyyən səbəblərə görə işdə olmadıqda, bunkerin açıb-bağlama prosesində iştirak etmək.

Tələblər:

  • Təhsil: İqtisadiyyat sahəsi üzrə bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: Xəzinə və Bank sahəsində 3 il;
  • Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (yaxşı), İnqilis dili (orta);
  • Kompüter bilikləri: Word, Excel, Outlook;
  • Məhsul üzrə biliklər: Bankın nağd vəsaitlər üzrə məhsul xüsusiyyətlərinin bilməsi;
  • Başqa tələblər: Mərkəzi bankın qaydaları, FlexCube.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.  

Zemfira Ms
Fins.az

Избранный
434
50
fins.az

10Источники