RU

Paşinyan deputatı partiyadan qovdu - FOTO

Ermənistanın hakim "Mülki müqavilə" Partiyası deputat Ovik Ağazaryanı sıralarından xaric edib.

Milli.Az xəbər verir ki, bu barədə partiyanın sosial şəbəkədəki səhifəsində məlumat verilib.

Ermənistanın hakim Mülki Müqavilə Partiyasının İdarə Heyətinin qərarı ilə Ovik Ağazaryan dövlət və partiya əhəmiyyətli məxfi məlumatların sızması, habelə ictimai əxlaq normalarının kobud şəkildə pozulması ilə əlaqədar partiyadan kənarlaşdırılıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində deputat Ovik Ağazaryanın onun tövsiyəsini dinləyərək, mandatından imtinasına ümid etdiyini deyib. O, digər deputat Narek Zeynalyana da oxşar məsləhətlər verib. Paşinyan xatırladıb ki, hər iki parlamentari İstintaq Komitəsinin keçmiş rəhbəri Arqişti Kyaramyanla bağlı qalmaqalda iştirak ediblər.

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
0
10
milli.az

10Источники