1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Dekabrın 9-dan Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək.
Bu barədə Oxu.Az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi "20 Yanvar" metrostansiyası ("Azərsu" ASC-nin inzibati binasının yaxınlığında) müəyyən edilib.
Sumqayıt şəhərinə yola düşən sərnişinlərin minməsi üçün avtobuslar "20 Yanvar" metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında), ekspres avtobuslar üçün nəzərdə tutulmuş xüsusi yerdə dayanacaq. Sərnişinlər metrostansiyadan çıxan kimi avtobuslarla yollarına davam edə biləcəklər. Ekspres avtobuslarla sərnişinlərin mənzilbaşına daha rahat və sürətli şəkildə çatması təmin ediləcək. Avtobuslar Bakıdan Sumqayıta və əks istiqamətdə müəyyən edilmiş intervala uyğun cədvəllə hərəkət edəcək.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar da fəaliyyət göstərir.