RU

Türkiyənin Qaradəniz ölkələrinə ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin oktyabr ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 15,1 faiz artaraq 3 milyard 581 milyon 346 min dollar olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – oktyabr ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,5 faiz artaraq, 32 milyard 907 milyon 954 min dollar olub.

“Bu ilin oktyabr ayında Türkiyənin Qaradəniz ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 4 milyard 456 milyon 277 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazrilikdən bildiriblər ki, 2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin Qaradəniz ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 5,5 faiz azalaraq, 47 milyard 614 milyon 529 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 909 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin oktyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faiz azalaraq 23 milyard 500 milyon dollar, idxalı isə 1,4 faiz azalaraq 29 milyon 409 min dollar olub.

“Bu ilin yanvar – oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 498 milyard 685 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-oktyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq 216 milyard 195 milyon dollara, idxalı isə 7,2 faiz azalaraq 282 milyard 49 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Избранный
60
10
turkic.world

10Источники