RU

Suriyada qanlı döyüşlər: cəbhə xətti Həmadır

Suriyada

Suriyada “Heyət Təhrir əş-Şam” (HTŞ) silahlı qrupun başçılıq etdiyi müxalif qüvvələrin Bəşər Əsəd rejiminə qarşı hücumları davam edir.

Reyting.az
xəbər verir ki, rejim əleyhdarları Hələbin böyük hissəsinə nəzarəti ələ keçiriblər.

Həmanın şimalındakı kənd yerlərində də intensiv toqquşmaların olduğu bildirilir.

Rejim əleyhdarı qüvvələr Həmada daha 6 yaşayış məntəqəsini nəzarətə götürüb. Münaqişə xəttinin Həma şəhər mərkəzinin kənarından 6 kilometr aralıda olduğu deyilir.

Suriyanın rəsmi xəbər agentliyi Suriya ordusunun Həmada əks hücuma hazırlaşdığını açıqlayıb. Bu səbəbdən Həma çölündə müdafiə xətlərinin gücləndirildiyi bildirilib.

Noyabrın 30-da Hələb şəhərinin böyük hissəsini tutan müxalifət noyabrın 30-da Xan Şeyxun rayonunu ələ keçirərək bütün İdlibi nəzarətə götürüb.

Suriya Milli Ordusunun (SNA) əsgərləri Türkiyə sərhədinin 18 kilometrliyində yerləşən Tel-Rifata da nəzarəti ələ keçirib.

Qeyd edək ki, terrordan təmizlənən Tel Rifat 8 ildir ki, terror təşkilatı PKK-nın Suriya qolu YPG-nin işğalı altında idi.

PKK/YPG-dən azad edilən Tel Rıfatın terrorçular tərəfindən yerləşdirilmiş minalardan təmizləndiyi öyrənilib. Digər tərəfdən, illər əvvəl köçkün düşmüş mülki əhalinin Tel Rifata qaytarılmasına başlanılıb.

Terror təşkilatı PKK/YPG rejim qüvvələrini və İranın dəstəklədiyi qrupları Fəratın şərqindəki Deyr əz-Zorun 7 kəndindən çıxarmaq üçün hücuma keçib. PKK/YPG terrorçularının bölgədə başlatdığı qarşıdurmalar davam edir. Deyr əz-Zor şəhər mərkəzindən başlayaraq Suriya-İraq sərhədinə yaxın Əl-Bukemal rayonuna qədər bölgədə İranın dəstəklədiyi qrupların olduğu məlumdur.

ELÇİN
Избранный
48
10
reyting.az

10Источники