Ötən gecə İran sakinləri kifayət qədər güclü təkanlar hiss ediblər.
Ölkənin qərbində İraqla sərhəd yaxınlığında 5,4 bal gücündə zəlzələ Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi tərəfindən qeydə alınıb.
Zəlzələləri daha çox İranın 840 min nəfərdən çox əhalisi olan böyük Əhvaz şəhərinin sakinləri hiss ediblər. Yeraltı təkanların episentri şəhərdən 99 km şimal-şərqdə yerləşib və ocağı 10 km dərinlikdə olub.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.
//Samir Qurbanov, Editor.az