RU

"Abzas Media" işi üzrə məhkəmənin vaxtı

"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmənin keçiriləcəyi vaxt məlum olub. SİA xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası dekabrın 17-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Rasim Sadıxov sədrlik edəcək.

Xatırladaq ki, ötən ilin noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.

Избранный
18
10
sia.az

10Источники