RU

"Digital Bridge" üzərindən tranzaksiyalar 48% artdı

Bu ilin yanvar-noyabr aylarında "Digital Bridge" milli məlumat mübadilə sistemində 500 milyondan çox tranzaksiya həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48%-dən çox artım deməkdir.

Fins.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Rəşad Xalıqov Bakıda keçirilən I Beynəlxalq "Caspian Innovation Forum"da məlumat verib.

Onun sözlərinə görə, "Digital Bridge"ə 150-dən çox informasiya sistemi inteqrasiya olunub və bu sistem vasitəsilə aylıq 55 milyon tranzaksiya həyata keçirilir.

Sədr müavini əlavə edib ki, indiyədək "Digital Bridge"ə 50-dən çox şirkət inteqrasiya olunub: "Bu şirkətlərə dövlət informasiya sistemlərində toplanmış məlumatlara çıxış imkanı yaradılır. Onlar rəqəmsal xidmətlər təqdim etmək üçün bu sistemə qoşulublar".

Избранный
43
fins.az

1Источники