RU

Rüfət Səfərov Bakı İstintaq Təcridxanasına köçürüldü

Hüquq müdafiəçisi Rüfət Səfərov bu gün Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Modern.az xəbər verir ki. bu barədə onun vəkilləri bildiriblər.

Dünən Binəqədi rayon Məhkəməsinin hakimi Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rüfət Səfərov dekabrın 3-də Natiq İmamquliyev adlı şəxsin şikayəti əsasında Binəqədi RPİ-nin 5-ci Polis Şöbəsi tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Избранный
35
2
modern.az

4Источники