RU

Azərbaycandakı səfirlərdən hökumətə çağırış: insan haqlarını yaxşılaşdırın

Azərbaycan Xarici İşlər Nazirliyi Böyük Britaniya, Avropa İttifaqı, ABŞ və İsveçrə səfirlərinin ölkədəki insan haqları ilə bağlı çağırışlarını "məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdi" sayıb".

Dekabrın 4-də Böyük Britaniya, Avropa İttifaqı, ABŞ və İsveçrənin Azərbaycandakı səfirləri hökuməti ölkədə insan haqlarını təmin etməyə, "ədalətsiz həbs olunan jurnalistləri, ictimai fəalları azad etməyə" çağırıb.

Azərbaycan XİN hesab edir ki, istintaqın "gedişinə müdaxilə yolverilməzdir, məhkəmə prosesinə müdaxilə hüquqi dövlətin təməl prinsipi olan qanunun aliliyi prinsipi ilə ziddiyyət təşkil edir".

Çərşənbə günü Azərbaycandakı Avropa İttifaqı, İsveçrə, Böyük Britaniya və ABŞ səfirlikləri 10 Dekabr Beynəlxalq İnsan Hüquqları gününü yerli ictimai fəallarla birgə qeyd ediblər.

Avropa İttifaqının səfiri Peter Michalko deyib ki, "Biz Azərbaycan hakimiyyətini fundamental hüquqlarından istifadə etdiklərinə görə həbsdə olan bütün şəxsləri azad etməyə bir daha çağırırıq".

Cənab Michalko bildirib ki, COP29 ərəfəsində həbsdə olan fəalların azad olması üçün kampaniyalar aparılsa da, bu, baş vermədi.

"2024-cü ildə siyasi motivlərlə həbs edilən şəxslərin uzun siyahısına qoşulan Anar Məmmədli, İmran Əliyev və Bəhruz Səmədovun adlarını çəkməklə simvolik olaraq onların bu məkanda olduqlarını hiss etdirmək istərdim. Bir ildən artıq istintaq təcridxanasında olan Abzas Medianın gənc jurnalistləri Nərgiz Absalamova və Elnarə Qasımova və “Abzas Media” işi ilə bağlı həbs olunmuş İlhamiz Quliyev, Kanal 13-ün jurnalistləri Əziz Orucov və Şamo Eminov, həmçinin Toplum TV-nin jurnalisti Müşfiq Cabbarovun adlarını qeyd etmək istərdim. Rüfət Səfərov da dünən həbs edilərək bu siyahıya üzv oldu", - Peter Michalko çıxışında deyib.

Səfir Michalko İnsan Hüquqları Gününə həsr olunmuş ziyafət ərəfəsində Rüfət Səfərovun saxlanılmasının iki il əvvəl Bəxtiyar Hacıyevin həbsi ilə "eyni şəraitdə baş verdiyini xatırladır" deyib.

Sonra Aİ-nın səfiri adlarını sadaladığı şəxslərə təşəkkür edib, "onlara heyranlığını" ifadə edib.

Onun sözlərinə görə, Avropa İttifaqı sadaladıqları şəxslərin işlərini yaxından izləməyə və Azərbaycan hakimiyyəti ilə "dialoqda bu məsələləri qaldırmağa" davam edəcək.

Böyük Britaniya səfiri Fergus Auld çıxında deyib ki, o, Azərbaycanda insan haqları sahəsində vəziyyət yaxşılaşmayıb.

"Mən heyfslənirəm ki, Azərbaycandakı hüquq müdafiəçiləri üçün bu qruplaşmada sonuncu görüşümüzdən keçən bir il ərzində vəziyyət yaxşılaşmayıb və müəyyən mənada daha da pisləşib. Mən çox təəssüf edirəm ki, keçən il bu tədbirdə bizə qoşulan bəzi tərəfdaşlar, məsələn, Ələsgər Məmmədli hazırda həbsdədir və bəzi hüquq müdafiəçilərinin istintaqı və ya məhkəmə prosesləri qeyri-müəyyən müddətə uzanır", - Fergus Auld bildirib.

ABŞ,

İsveçrənin Azərbaycandakı səfiri Thomas Stähli söz azadlığı sahəsində vəziyyətdən danışıb.

"Təəssüf olsun ki, bizim son toplanışımızdan sonra söz və media azadlığı sahəsində vəziyyətin daha da pisləşməsinin şahidi olmuşuq. Bu gün aylardır ki, həbsdə olan Abzas Mediadan Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Kanal13-dən Əziz Orucov, Toplum TV-dən Ələsgər Məmmədli və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzindən Anar Məmmədli və vətəndaş cəmiyyətinin başqa nümayəndələri üçün səsimizi ucaldırıq. Medianın susdurulması sülh və əmin-amanlıq üçün can atan istənilən cəmiyyətin inkişafına kölgə salır", - Thomas Stähli deyib.

ABŞ səfiri Mark Libby çıxışında Azərbaycan həbsxanalarında olan media təmsilçilərinin və ictimai fəalları xatırladıb.

Mən Azərbaycan hökumətini bu şəxsləri və ədalətsiz tutulmuş bütün digər şəxsləri azad etməklə öz beynəlxalq insan hüquqları öhdəliklərinə riayət etməyə çağırıram.

ABŞ səfiri Mark Libby BBC-yə Azərbaycan hakimiyyəti ilə ölkədəki insan haqlarnı vəziyyətini müzakirə etdiyini, amma detallara varmaq istəmədiyini deyib.

Azərbaycan hakimiyyəti insan haqları ilə bağlı üvanına səslənən itihamları rədd edir və ölkədə heç kəsin fikir ayrılığına görə təqib olunmadığını bəyan edir.

Prezident İlham Əliyev media təmsilçilərinin və ictimai fəalları həbsini onların qanunu pozması ilə izah edib./bbc.com/

Избранный
14
50
hurriyyet.az

10Источники