RU

Azərbaycanla Gürcüstan arasında investisiyalar və ticarət dövriyyəsinin artırılması müzakirə olunub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.
 
"Ölkə.Az" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında yazılıb.
 
Görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Maltada baş tutub.
 
Məlumata görə, nazirlər iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi-ticarət və enerji aspektləri və perspektivlərini müzakirə etmək üçün görüş keçirib.
 
Qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və dəstəyə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən razı qaldıqlarını bildirib, iki ölkə arasında investisiyaların və ticarət dövriyyəsinin artırılmasının vacibliyini bir daha vurğulayıblar.
Избранный
42
10
olke.az

10Источники