RU

"Sosial və cinsi azadlıqların təmin edildiyi cəmiyyətlər gəncləri çəkir" - Sosioloq

Son illər ərzində gənclərin böyük qisminin xarici ölkəyə köçmək istəklərinin çoxaldığını görürük.

Xarici ölkə standartları, yaşayış tərzi gəncləri özünə çəkir.

Maraqlıdır, gəncləri digər ölkələrə çəkən nüanslar hansılardır?
 
Bu barədə Hit.az-a açıqlama verən sosioloq Lalə Qarayeva deyib ki, gənclərin xarici ölkələrə getmə səbəbləri müxtəlifdir və kompleksdir:

“Bu səbəblər sosial, iqtisadi, siyasi və şəxsi amillərdən irəli gəlir. Bir çox gənc, xaricdə yaşamaq və işləmək istəyir, çünki orada həyat şərtləri və imkanları onların tələblərinə daha uyğun gəlir. Bir çox gənc, öz vətənində işsizlik və ya əmək bazarında məhdud imkanlarla üzləşir. Xarici ölkələrdə, xüsusilə inkişaf etmiş ölkələrdə daha çox iş imkanları və yaxşı maaşlar təklif edilir. Gənclər yüksək maaş, peşəkar inkişaf və karyera irəliləyişləri üçün xarici ölkələrə köçməyi seçirlər. 

Eyni zamanda, gənclər, həyat səviyyəsinin daha yüksək olduğu və sosial təminatların güclü olduğu ölkələrdə yaşamağa can atırlar. Sağlamlıq, sosial təminatlar və müasir infrastruktur bu ölkələrdə daha yaxşı vəziyyətdə ola bilər. Xarici ölkələrdə bəzən gənclər üçün daha geniş fərdi azadlıqlar və hüquqlar mövcuddur. Bəzi yerlərdə, xüsusilə sosial və cinsi azadlıqların təmin edildiyi cəmiyyətlərdə, gənclər öz kimliklərini daha sərbəst ifadə edə bilərlər”.

Murad

Избранный
38
hit.az

1Источники