RU

Blinken postsovet ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb

ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən iclası çərçivəsində bu gün ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya və Ukrayna vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

İclasda Azərbaycan vətəndaş cəmiyyətini siyasi mühacirətdə olan hüquq müdafiəçisi Emin Hüseynov təmsil edib.

Turan-ın müxbiri ilə söhbətində Hüseynov bildirib ki, görüş zamanı  o Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsi, fəalların və jurnalistlərin həbsi, o cümlədən  hüquq müdafiəçisi Rüfət Səfərovun son həbsindən danışıb.

Hüseynovun sözlərinə görə, Blinken Səfərovun həbsindən xəbərdar olduğunu deyərək, Vaşinqtonda Azərbaycanda haqsız yerə həbs edilən şəxslərin işlərinin diqqətlə izlənildiklərini  bildirib.

O, ABŞ-ın  həm ölkə daxilində, həm də xaricdə fəlaiyyət göstərən Azərbaycan vətəndaş cəmiyyətinə institusional və siyasi dəstəyinin gücləndirilməsinin zəruriliyini qeyd edib. Bu, insan hüquqlarının müdafiəsi və demokratik dəyərlərin təşviqi istiqamətində səylərin səmərəliliyinin artırılması üçün çox vacibdir.

Görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen də iştirak edib.

Blinken

Blinken

Blinken

Blinken

Blinken

Blinken

Избранный
24
50
turan.az

10Источники