RU

Hüquq və İnsan Haqları İnstitutundan polis və vətəndaşlar üçün maarifləndirici VİDEO

Hüquq və İnsan Haqları İnstitutu polis və vətəndaşların qarşılıqlı hüquq və vəzifələrini izah edən yeni videotəqdimat hazırlayıb. Təqdimatda hər bir şəxsin öz hüquqlarını daha yaxşı anlaması və müdafiə etməsi üçün vacib məlumatlar əks olunub.

QHT.az xəbər verir ki, materialda təqsirsizlik prezumpsiyasının əhəmiyyəti, hüquqların qorunması, eləcə də polis əməkdaşları tərəfindən hüquqların pozulması halları barədə məlumat verilir. Bundan əlavə, vətəndaşların hüquq və vəzifələri geniş şəkildə izah olunur.

Bu videotəqdimat vətəndaşlara hüquqi biliklərini artırmaq, eyni zamanda öz hüquqlarını müdafiə etmək bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.

Pərvanə Fərhadqızı

Избранный
28
qht.az

1Источники