RU

“Azərbaycan çempionatının daha sürətli inkişaf etdiyini düşünürəm”

“Lənkəran”ın türkiyəli bsketbolçusu Efe Baykal klubun mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, oyunçu komandanın çıxışından və hədəflərdən söz açıb:

– “Ordu”ya 55:92 hesabı ilə uduzduğunuz matçda digər görüşlərə nisbətən daha çox şans qazandın və komandanın ən məhsuldarlarından oldun. Çıxışıvı necə dəyərləndirirsən?
– Son oyunlarda baş məşqçinin istəyi ilə daha çox parket üzərində oldum və bu imkandan yaxşı istifadə etdiyimi düşünürəm. Təbii ki, özümü inkişaf etdirməli tərəflərim var və hər gün bunların üzərində çalışıram. Məqsədim oyunumu artıraraq yoluma davam etməkdir.

– V turda rəqib “Şəki” olacaq. Bu oyundan gözləntin nədir?
– Tək düşüncəmiz qalib gəlməkdir. Çox yaxşı hazırlaşırıq. İtkilərimiz olsa da rəqibi yaxşı analiz edib, onun üzərində hazırlaşmışıq. İnşallah qalib gələcəyik.

– Azərbaycandan əvvəl Türkiyədə “Trabzonspor”, “Samsunspor” və “Emlak Konut”un fotmasını geymisən. Liqalar arasında müqaisə aparsaq səncə hansı oxşar və fərqli tərəflər var?
– Azərbaycan Basketbol Liqasının daha sürətli inkişaf etdiyini düşünürəm. Çoxlu sayda legionerin liqada oynaması bunun isbatıdır.

– Komandaya ən son qatılanlardan oldun. Lənkərana adaptasiya olmaqda çətinliklər çəkdin?
– Bəli komandaya son qatılanlardan biriyəm. Amma bu mənim üçün bir əngəl deyil. Burda çox yaxşı bir kollektiv var. Bir ailə kimiyik. Hərkəsin bir-birinə kömək ediyi üçün heç bir çətinlik çəkmədim. Bunun üçün komanda yoldaşlarıma və məşqçilərimə minnətdaram.

– Azərbaycanda ən çox nələri sevirsən? Ölkələr arasında hansı bənzərlikləri bəyənirsən?
– Azərbaycanda mənim ən sevdiyim xüsusiyyət insanların çox səmimi və hər zaman kömək etməyə hazır olmalarıdır. Bu mənada Türkiyə xalqı ilə çox bənzərlik var. İki ölkənin yeməkləri də çox oxşardır.

– Lənkəranı Türkiyənin hansı şəhərinə bənzədirsən?
– Lənkəran doğma şəhərim olan Malatyaya bəzəyir.

Избранный
58
1
futbolpress.az

5Источники