RU

Avetisyan: “Bu gün Ermənistan dövlətinin təməlində pulgirlik konsepsiyası dayanır”

“Bu gün Ermənistanda mental modelin əsasında dəyərlər, prinsiplər, qırmızı xətlərin rədd edilməsi, pulun hökmranlığının qeyd-şərtsiz etirafı geniş vüsət alıb”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni yazar Harutyun Avetisyan öz məqaləsində bildirib.

O fikirlərini belə davam etdirib: “İndi Ermənistan dövlətinin və dövlətçiliyinin təməlində “pulgirlik” konsepsiyası var.

Yəni Ermənistan dövlət qurumu kimi yeganə məqsədinin külli miqdarda pul qazanmaq olduğunu bəyan edir. Aydındır ki, bütün dünya dövlətləri belə bir məqsəd güdürlər, lakin onların heç biri iqtisadi inkişafın yeganə məqsədinin pul qazanmaq olduğunu bəyan etmir.

Ümumiyyətlə, orta statistik normal ölkələr müxtəlif siyasətlər həyata keçirirlər ki, bunun nəticəsində də digər strateji məqsədlər kimi iqtisadi artım təmin edilir. Və dövlətin yeganə məqsədinin iqtisadi artımı təmin etmək olduğu ifadəsi bu ölkənin “pulgirlik” prinsipini rəhbər tutduğuna dair manifestdən başqa bir şey deyil.

Yəni Ermənistan özünü dünyaya “pula pul” prinsipi ilə işləyən, pərakəndə satıcıdan fahişəyə, ustadan hakimə, makinaçıdan jurnalistə qədər hər hansı prinsipsiz biznesmen kimi təqdim edir. Dövlətin bu mövqe tutması o deməkdir ki, Ermənistan geosiyasi və regional siyasət bazarında pulla yanaşı, hələ də başqa məqsədlər güdən və pulu olmayan bütün ölkələrə daha çox pula görə istənilən xidməti göstərməyə hazırdır.

Daha sadə desək, bu prinsip o deməkdir ki, əgər yaxın gələcəkdə, məsələn, Türkiyə və ya Azərbaycan şirkəti Ermənistanın mədənçıxarma sektoruna bir və ya bir neçə milyard dollar sərmayə qoyarsa, o zaman investor alqışlarla qarşılanmalıdır.

Erməni dövlətçiliyinin yeni konsepsiyası kimi təqdim edilən bu “mülki müqavilə”nin ictimaiyyət tərəfindən, əksəriyyət olmasa da, heç olmasa əhəmiyyətli bir hissəsi tərəfindən bəyənilməsi təhlükəsi böyükdür, çünki ictimaiyyət çoxdan buna öyrəşib.

Natiq Səlim,

KONKRET.az

Избранный
18
konkret.az

1Источники