RU

Azərbaycanlı professor minillərdir tapılmayan tənliyi HƏLL ETDİ

Türkiyənin İğdır Universitetində çalışan azərbaycanlı riyaziyyat elmləri doktoru, professor Kamal Soltanov minillərdir tapılmayan "Navye-Stoks bərabərliyi"ni həll edib.

Redaktor.az "Azərbaycan" qəzetinə istinadən xəbər verir ki, Kamal Soltanovun bir çox nailiyyəti olmasına baxmayaraq, onun ən çox səs salan uğuru məhz "Navye-Stoks bərabərliyi"nin həllini tapmasıdır.

Belə ki, "Navye-Stoks bərabərliyi" uzun illər həlli tapılmayan vacib, klassik məsələlər olan 7 riyazi problemdən biridir. Məlumat üçün bildirək ki, sözügedən 7 riyazi problemdən yalnız biri- "Puankare hipotezi" 2010-cu ildə rus riyaziyyatçısı Qriqori Perelman tərəfindən həll edilib.

120-dən çox elmi məqalənin müəllifi olan Kamal Soltanov tənliyin həllini tapması ilə bağlı bu sözləri bildirib: "Navye-Stoks bərabərliyi" qeyri-xətti olduğu üçün onun həll edilməsi illərlə mümkün olmayıb. Bu tənliklər əldə edildikdən 100 il sonra 1932-ci ildə onun üçün qoyulmuş problemin zəif həllinin varlığı isbat edilib, hansı funksiylar sinfində olduğu tapılıb. Amma "həll təkdir, yoxsa çoxdur" sualı açıq qalıb. Buna görə də 90 il idi heç bir nəticə əldə edilmirdi. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən bu problemi həll etdim. Bunun çox önəmli olduğunu deməkdən çəkinmirəm".

Qeyd edək ki, K.Soltanov 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) ali təhsilini başa vurduqdan sonra Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda işləyib. O, Moskva Dövlət Energetika İnstitutunun aspiranturasında təhsil alıb, bundan sonra Bakıya dönüb və yenidən Riyaziyyat və Mexanika İnstitutunda işə başlayıb. 27 il sözügedən elm ocağında riyaziyyatın sirlərini araşdırıb, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib. Çalışdığı illərdə elmin üst pilləsinə yüksəlib, professor olub.

O, 13 il Türkiyənin Hacettepe universitetində işlədikdən sonra 2020-ci ildən bu yana tədqiqatlarını İğdır univeresitetində davam etdirir.

Избранный
47
20
redaktor.az

10Источники