Azərbaycanda sabiq qərargah rəisi saxlanılıb – KİV
Azərbaycanda N saylı hərbi hissənin sabiq qərargah rəisinin saxlanıldığı bildirilir. Yeniavaz.comxəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb. Bildirilib ki, polkovnik-leytenant Ramil İbrahimov rüşvət almaqda ittiham edilir. “Hazırda Respublika Hərbi Prokurorluğunda ilkin istintaq işləri aparılır”, - məlumatda deyilir.