RU

Rusiya: BRICS yeni valyuta yaratmır, ödəniş sistemi qurur

Fins.az - BRICS ölkələrinin iştirakçıları üçün ödəniş alətinin yaradılması istiqamətindəki işlər, ABŞ-nın seçilmiş prezidenti Donald Trampın 100%-lik gömrük rüsumları tətbiq etməklə bağlı açıqlamalarına baxmayaraq, davam edəcək.

Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Pankin, ölkəsinin BRICS çərçivəsində yeni bir beynəlxalq valyuta yaratmağı hədəfləmədiyini, lakin ödəniş sisteminin üzərində işlədiyini bildirdi.

Pankin, RIA Novosti agentliyinə verdiyi açıqlamada, "BRICS faktiki olaraq yeni valyuta yaratmaqdan deyil, ödəniş sisteminin üzərində işləyir. İşlər davam edəcək," deyə qeyd etdi.

Keçən həftə ABŞ-nın yeni prezidenti Tramp, BRICS üzv ölkələrini yeni valyutanın yaradılmasından və ya dolları əvəz edə biləcək başqa bir valyutanın dəstəklənməsindən imtina etməyə çağırmış və əks halda 100%-lik tariflərin tətbiq ediləcəyi ilə hədələmişdi.

BRICS ölkələri, xüsusilə Çin, Rusiya və Hindistan, son illərdə dolların dominantlığını azaldaraq, öz ödəniş sistemlərini və valyutalarını inkişaf etdirməyə çalışırlar. Trampın təhdidləri isə bu istiqamətdəki irəliləyişləri dayandırmaq yerinə, ölkələrin öz planlarını həyata keçirməyə davam etmələrinə səbəb olub.

 

Избранный
27
8
fins.az

10Источники