RU

Politoloq: “Türk dövlətləri arasında hərbi ittifaqın yaranmasına ehtiyac olacaq”

“Türk dövlətləri arasında olan əlaqələr təkcə regiona yox, dünyanın, Şərqlə Qərbin yaxınlaşmasına zəmin yaradacaq. İqtisadi ticarət əlaqələri, energetika sahəsindəki əlaqələr, nəqliyyat əlaqələri bu səbəbdən güclənəcək. Bunun ən kiçik modeli Azərbaycanla Türkiyə arasında neft, qaz, dəmiryol sahəsində reallaşdırdıqları layihələrdir. Bu istiqamətdə layihələr genişlənir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

“Türküstan (Mərkəzi Asiya) ilə Cənubi Qafqaz və Qaradəniz hövzəsi birləşir. Bu birlik Avropaya qədər uzanır. Türk dövlətləri arasındakı əlaqələr Hindistan və Çindən Böyük Britaniya, İtaliya, Skandinaviyaya qədər uzana bilər. Bunlar birliyin dünya üçün nümunəvi alyans ola biləcəyini göstərən layihədir”. 

O bildirib ki, əvvəllər türk düşmənləri türk dövlətlərinin yaxınlaşmasından qorxurdular:

"Azərbaycanla Türkiyə arasında müxtəlif əlaqələrin yaranması, Türk Dövlətləri Təşkilatı ilə Afrika birliyi arasında münasibətlər sübut edir ki, birlik şaxələnməyə və dünya ilə əməkdaşlığa maraq göstərir. Hərbi güclərin birləşməsi baxımından bir çox çıxışlar olub. Hələki bu istiqamətdə yalnız ikitərəfli razılaşmalar var. Perspektivdə türk dövlətlərinin hər hansı birinin ərazisinə təhlükə yaranarsa, hərbi gücün birləşməsi zərurəti yarana bilər. 
İndiki şəraitdə hərbi gücü birləşdirmək məsələsi zəruri sayılmır. Hesab edirəm ki, gələcəkdə belə bir ittifaqın yaranmasına ehtiyac olacaq”.

Əfsanə Kamal
Demokrat.az
Избранный
46
demokrat.az

1Источники