RU

İran Suriyadan hərbçiləri və diplomatlarını təxliyə edir- “The New York Times”

İranın Dəməşqdəki səfirliyi və SEPAH-ın xarici əməliyyatlara cavabdeh olan elit “Qüds qüvvələri”nin rəhbərliyi Suriyanı boşaltmağa başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə ədə “The New York Times” İran və region rəsmiləri arasında olan mənbələrə istinadən məlumat yayıb.

Evakuasiya İranın artıq Suriya prezidenti Bəşər Əsədə hakimiyyəti saxlamaq üçün kifayət qədər dəstək verə bilmədiyini göstərə bilər.

Qəzetin məlumatına görə, bəzi iranlı diplomatlar, onların ailələri və iranlı mülki şəxslər dekabrın 6-da səhər saatlarında Suriyanı tərk etməyə başlayıblar.

“Təxliyə edilənlərin bir qismi təyyarə ilə Tehrana, digərləri isə quru yolu ilə Livan, İraq və Suriyanın Latakiya limanına gedib. Xüsusilə, iki yüksək rütbəli əl-Qüds generalı İraqa qaçıb”, – mənbələr qeyd edib.

“Tehran anlayır ki, Suriyada vəziyyəti hərbi yolla sabitləşdirmək iqtidarında deyil”, – iranlı analitik Mehdi Rəhməti deyib.

Azpost.info

Избранный
49
azpost.info

1Источники