RU

Qripin dərmanı olan möcüzəvi qarışım

Qış mövsümü soyuqdəymə, qrip demək olar hər kəsin qapısını “döyür”. İmmuniteti zəif olanlar xəstəlikləri ağır keçirir, gec sağalırlar. Mütəxəssislər məsləhət görür ki, xəstəliyin qarşısı xəstələnməzdən əvvəl alınmalıdır. Payız-qış mövsümündə orqanizmin möhkəmlənməsinin qayğısına qalınmalıdır.
 "Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, xəstələnmə halında da ondan mümkün qədər tez xilas olmağın müxtəlif həll yolları var. Bu həll yollarından biri qatıq və soğan qarışığıdır. Soğan və qatıqda sağlamlığımız üçün çoxlu faydalı komponentlər var və bu ikisi bir araya gətirilərək istehlak edilərsə, orqanizmin güclənəcəyinə şübhə yoxdur. Qatıq və soğan qarışığı infeksiyalardan qorunmaq üçün unikaldır. Xüsusilə soyuqdəymənin başlanğıcında bu ikisini birlikdə istifadə etmək enerjinin bərpasına və xəstəlikdən qorunmağa kömək edir. Sadəcə, orta boy bir ədəd soğanı kiçik şəkildə doğrayıb istədiyiniz miqdarda qatıqla qarışdıra bilərsiniz. Əgər soğanın dadı sizi narahat edirsə, fərqli dad almaq üçün bu qarışığa azacıq zeytun yağı və bibər əlavə edə bilərsiniz. 
Избранный
54
sherg.az

1Источники