Suriya Prezidenti Bəşər Əsədi daşıyan Rusiyanın İL-76T yük təyyarəsinin qəzaya uğradığı iddia edilir.
Bu barədə "Suriya Nyus" nəşri məlumat yayıb.
Qeyd olunur ki, təyyarə Dəməşqi tərk edərək naməlum istiqamətə, ehtimal ki, Rusiyaya doğru yola düşüb. Daha sonra təyyarə yalnız bir neçə dəqiqə ərzində Akkarın şimalında, Livanın hava məkanından kənarda 12,000 fut yüksəklikdən 3,500 fut yüksəkliyə qədər aşağı düşüb.
İddiaya görə, Xümsün qərbində yerləşən Əl-Suveyri kəndində partlayış baş verib. Belə ki, Əsədin təyyarəsinin vurulduğu, yaxud qəzaya uğradığı bildirilib.
Əsədi daşıdığı iddia edilən İL-76T-nin hərəkət trayektoriyasının xəritəsi də yayılıb.