RU

Türkiyə Əsədlə əlaqə saxlamayıb - Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə rəhbərliyinin dialoq çağırışlarına baxmayaraq, Ankaranın Suriya prezidenti Bəşər Əsədlə heç bir əlaqəsinin olmadığını bildirib.

"Unikal" xəbər verir ki, nazir bunu Dohada keçirdiyi mətbuat konfransında bildirib.

“Xeyr, Əsədlə heç bir görüşümüz, əlaqəmiz olmayıb” - o, Əsəd administrasiyasının Türkiyə ilə son günlərdə təmasların olub-olmaması sualına belə cavab verib.

Hakan Fidan bildirib ki, Türkiyə qonşu ölkələrlə birlikdə Suriyanın yenidən qurulması və problemlərinin həlli üçün əlində olan bütün imkanlardan istifadə edərək Dəməşqdə yeni administrasiya ilə işləməyə davam edəcək.

Избранный
63
40
unikal.az

10Источники