Ukrayna bilməlidir ki, ABŞ vəzifəsini tərk edəcək prezident Co Bayden administrasiyasının Kiyevə göndərdiyi qədər hərbi yardım göstərməyəcək.
Turkustan.az xəbər verir ki, bunu 2025-ci il yanvarın 20-də andiçmə mərasimi keçiriləcək ABŞ-ın seçilmiş prezidenti Donald Tramp "NBC News" a müsahibəsində bildirib.
O, həmçinin Ukrayna münaqişəsinin həllinə yardım etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-ın Ukraynaya 9 milyard dollardan çox hərbi yardımı hələ ödənilməyib.
“The Wall Street Journal” yazıb ki, Bayden administrasiyasının bu pulların hamısını Ukraynaya ödəməyə vaxı çatmayacaq. Tramp ödənilməyən yadımla nə edəcəyinə qərar verməli olacaq./teleqraf.com