RU

Politoloq Azər Qasımlı nəyə görə saxlanılıb? -YENİLƏNİB

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının nədə təqsirli bilindiyi bəlli olub.

 

Senzor.az bildirir ki, o, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə,zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə  təqsirli bilinir.

 

Vəkili Aqil Layıcın sözlərinə görə, Azər Qasımlı hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.

 

**12:55


Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının saxlanılıb.

 

Senzor.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Qeyd olunub ki, o, yenidən araşdırmaya çağırılıb.


Xatırladaq ki, noyabrın 22-də A.Qasımlının ölkədən çıxışına qadağa qoyulub. Üç gün sonra o, bir neçə cinayət işi üzrə polisdə şahid qismində dindirilib.

Избранный
35
senzor.az

1Источники