RU

Beynəlxalq qurumdan azərbaycanlı supervayzerə növbəti təyinat

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin olunub.

AVF-dən Msport.az-a verilən məlumata görə, o, qadın voleybolçular arasında CEV kubokunun 1/8 finalında “THY İstanbul” (Türkiyə) və “Mbh-Bekeşçaba” (Macarıstan) komandalarının cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.

Dekabrın 10-da İstanbulda keçiriləcək oyunun hakimləri ingiltərəli Dominik Bieqaylo və bosniya və herseqovinalı Mirza Başiç olacaq.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Избранный
15
8
msport.az

9Источники