"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer İngiltərə Premyer Liqasında (İPL) yeni rekord müəyyənləşdirib.
Fanat.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı oyunçu bunu çempionatın XV turunda səfərdə "Tottenhem"ə penaltidən iki qol vurmaqla həyata keçirib.
Beləliklə, İPL-də oynadığı müddətdə "ağ nöqtə"dən vurduğu 12 zərbənin hamısını qola çevirib. İngiltərəli futbolçu 100 faizlik göstərici ilə liqa rekordçusu olub. Öncəki rekord 11 penaltini dəqiq yerinə yetirmiş Yaya Tureyə məxsus idi.
Qeyd edək ki, "Tottenhem" - "Çelsi" qarşılaşması "zadəganlar"ın 4:3 hesablı qələbəsi ilə başa çatıb. Koul rəqib qapısına 61 və 84-cü dəqiqələrdə yol tapıb.
Nihat