ABŞ prezidenti Co Bayden Bəşər Əsəd rejimini devirən və ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınan HTŞ-nin (Heyət Təhriri əş-Şam) lideri və başına 10 milyon dollar qoyduğu əl-Culanının gələcək taleyi haqqında mövqeyini açıqlayıb.
Ölkə.Az xəbər verir ki, o deyib: "Əsədi devirən bəzi müxalifət qruplarının terrorizm və insan hüquqlarının pozulması ilə bağlı qaranlıq keçmiş tarixi var. Bu müxalifət qruplarının liderlərinin son günlər verdiyi açıqlamaları qeydə aldıq. Onlar indi doğru fikir söyləyirlər. Ancaq daha çox məsuliyyət götürdükləri üçün biz təkcə onların sözlərini deyil, həm də hərəkətlərini qiymətləndirəcəyik”.
O əlavə edib ki, bir tiranın devrilməsindən sonra yenisi ortaya çıxsa, bu tarixi fürsət boşa çıxmış olar.
Bayden çıxışının sonunda Suriyanın idarə olunmasında rol almaq istəyən bütün müxalif qrupları bütün suriyalıların hüquqlarını, qanunun aliliyini, dini və etnik azlıqların müdafiəsinə sadiqliklərini nümayiş etdirməyə çağırıb.
Mürtəza
Ölkə.Az