RU

Suriyada post-Əsəd DÖVRÜ: “Əvvəlki halına qayıtması çətin prosesdir”

“Suriyanın əvvəlki halına qayıdıb bütöv olması da çətin prosesdir”.

Bunu Yenicag.az-a açıqlamasında Suriyada Əsəd rejimin devrilməsi ilə Yaxın Şərqdə yaranan yeni reallıqlardan danışan politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, hazırda Suriyada baş verənlərin 2010-cu ildə Liviyada Qəddafinin devrilməsi ilə nəticələnən hadisələrə gəlib çıxmamasına ümid edilir.

“Ölkəni tərk etməyə məcbur edən əzab-əziyyətli o vəziyyət artıq geridə qaldı. Əsəd ölkəni tərk edib və hazırda o, Rusiyadadır. Suriyada isə vəziyyət hələ ki, stabildir. Çünki hakimiyyəti müxalif qüvvələr ələ aldılar. Onlar insanların ölkədən çıxmaması üçün çağırışlar edirlər”.

Analitik onu da əlavə edib ki, yeni hökumətin qurulmasında problem çıxmayacağı düşünülür:

“Amma digər güc mərkəzlərini də diqqətdən kənar qoymaq olmaz. Hansı ki, onlar Suriyada böhranın olması və münaqişənin yaranmasında maraqlıdırlar. Bunu isə PKK, YPG və PYD-nin vasitəsilə etməyə çalışacaqlar. Yəni arxayın olmaq gərəksizdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Suriyanın əvvəlki halına qayıdıb bütöv olması da çətin prosesdir. Qısa zaman kəsiyində bunun baş verməsi qeyri-mümkündür. Lakin hər şeyin zamanla öz yerini alması gözlənilir. Hazırkı vəziyyət isə Suriyada qənaətbəxşdir. Əgər hakimiyyəti ələ alan müxalif qüvvələr doğru addımlar atarsa və idarəetməni düzgün təşkil edərsə, Suriya üçün müsbət proseslərin baş verməsi mümkün olacaq”.

Nəsimi Ələsgərli

Избранный
40
1
yenicag.az

2Источники