RU

Aİ Ukraynaya 4,2 milyard avro ödənilməsini təsdiqləyib

Avropa İttifaqı Şurası Ukraynaya 4,2 milyard avro məbləğində makromaliyyə yardımının ödənilməsini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir. Bu, Aİ Fondunun Kiyev üçün 50 milyard avro məbləğində ikinci tranşıdır.

Qeyd edək ki, Aİ-yə üzv ölkələrin liderləri Brüsseldə keçirilən sammitdə Ukraynaya növbəti 4 il üçün 50 milyard avro həcmində uzunmüddətli büdcə yardımının ayrılmasını təsdiqləyiblər.
Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Beləliklə, Kiyevin maliyyələşdirilməsi 2023-cü il səviyyəsi ilə müqayisədə 1,5 dəfə azalıb.

Избранный
25
ucnoqta.az

1Источники