RU

Dünyada reklam sənayesinin illik gəliri ilk dəfə 1 trilyon dolları ötəcək

2024-cü ilin yekunları üzrə dünya reklam sənayesinin ümumi gəliri tarixdə ilk dəfə 1 trilyon ABŞ dollarını üstələyəcək.

Bu barədə “GroupM” agentliyinin hesabatında bildirilib.

Məlumata görə, 2025-ci ildə gəlirlərin daha 7,7 % artaraq 1,1 trilyon ABŞ dollarına çatacağı gözlənilir.

Ekspertlər bunu rəqəmsal texnologiyaların inkişafı və səmərəli media planlaşdırması ilə əlaqələndirirlər.

Analitiklərin fikrincə, reklam bazarının artım tempi 2029-cu ilə qədər sürətlənməyə davam edəcək ki, bu da sənaye qarşısında yeni imkanlar açır.

© Report

Избранный
11
3
valyuta.az

4Источники