RU

Azər Qasımlı həbs olundu

 

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Editor.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib.

Məhkəmə Azər Qasımlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar ötən gün polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.

Избранный
19
11
editor.az

10Источники