RU

Suriyanın yeni baş naziri oldu

Suriyada Əsəd rejiminin devrilməsindən sonra qurulan yeni hökumətin başçısı Məhəmməd əl-Bəşir olub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, yeni baş nazir Məhəmməd əl-Bəşir və kabineti regionda keçid prosesi istiqamətində kritik addımlar atmaq üçün vəzifəyə başlayacaq.

İdlib əsilli əl-Bəşirin rəhbərliyi ilə formalaşan yeni kabinet Bəşər Əsəddən sonra Suriyanın yenidən qurulması və sabitləşməsi üçün mühüm vəzifələri öz üzərinə götürəcək.

MƏHƏMMƏD əl-BƏŞİR KİMDİR?

1983-cü ildə İdlibdə anadan olan Məhəmməd əl-Bəşir 2007-ci ildə Hələb Universitetinin Elektrik mühəndisliyi fakültəsini bitirib. 2011-ci ildə Suriya Qaz Şirkətində menecer kimi işə başlayıb.

İdlib Universitetində şəriət və hüquq üzrə bakalavr dərəcəsi də olan Bəşir dövlət idarəçiliyi üzrə də təhsil alıb.

Məhəmməd əl-Bəşir 2022-2023-cü illər arasında Qurtuluş Hökumətində İnkişaf və Humanitar İşlər Naziri vəzifəsində çalışdıqdan sonra 2024-cü ilin əvvəlində baş nazir seçilib.

YENİ KABİNET AŞAĞIDAKl ŞƏKİLDƏ FORMALIDIR;

Baş nazir: Məhəmməd Əl Bəşir

Ədliyyə Naziri: Şadi əl-Vaysi

Daxili İşlər Naziri Məhəmməd Abdurahman

Maliyyə naziri: Bazel Əbdüləziz

Kənd Təsərrüfatı Naziri: Məhəmməd əl-Əhməd Nazir Nazir əl-Qadiri

Rabitə naziri: Məhəmməd əl-Ömər

Vəqflər naziri: Hüsam hac Hüseyn

Səhiyyə naziri: Mazin Duqan

Təhsil Naziri: Andülmunim Abdulhafiz

Yerli idarəetmə naziri: Məhəmməd Müslüm

İnkişaf naziri: Fadi əl-Qasim / baku.ws

Milli.Az

Избранный
80
17
milli.az

10Источники