RU

Mirzoyan: KTMT-nin Ermənistana biganə münasibəti İrəvanı məyus edir

KTMT-nin Ermənistana biganə münasibəti İrəvanı çox məyus edib.

APA xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın “Lannen Media” nəşrinə müsahibəsində bildirib.

“Öhdəlikləri olan müttəfiqlər bir-birinə kömək etməlidirlər, hərbi ittifaqın mənası budur. Bu laqeyd münasibət böyük məyusluğa səbəb oldu. Bu, həqiqətən də Ermənistanda ictimai rəyi dəyişdi. Bu, özünəməxsus vəziyyət yaratdı”, - nazir qeyd edib.

Избранный
26
6
apa.az

10Источники