RU

Çin maşınları Azərbaycanda dəbdən düşür?

2023-cü ildə Azərbaycana təqribən Çin istehsalı olan 8 min avtomobil gətirilib. Əgər əvvəllər çoxluq Avropa və Amerika bazarına üz tuturdusa, artıq istiqamət Çinə doğru dəyişmək üzrədir. Çin istehsalı maşınların sərfəli qiymətə və hibrid və tam elektrikli mühərrikə sahib olmaları öz sözünü deyir. Lakin Çindən gətirilən avtomobillərə hələ də etibar etməyən sürücülər var. Ustalar bunun həm obyektiv, həm də subyektiv səbəblərinin olduğunu deyirlər (İTV).

Usta Elçin Abbasovun sözlərinə görə, Azərbaycanda çox az Çin şirkətinin diler şəbəkəsi var: “Diler şəbəkəsinin olmaması halında avtomobildə hər hansı bir nasazlığı tapmaq çətinləşir”.

Bundan başqa, digər avtomobillərə nisbətən Çin istehsalı maşınların ehtiyat hissələrini də tapmaq asan olmur.

Mütəxəssislər deyir ki, Çin avtomobillərinin sahibləri əməliyyat zamanı 3 əsas problemlə qarşılaşır - avtomobillərin korroziyaya meyli, asma və kardanla bağlı çətinliklər. 

“Çin istehsalçıları korpusun tam sinklənmiş olduğunu iddia etsələr də, hələ də korroziyadan qaçmaq mümkün deyil. Temperaturun qəfil dəyişməsi və yollardakı aqressiv reagentlər istər-istəməz korpusun rənglənməsinin zədələnməsinə gətirib çıxarır və korroziya prosesini işə salır”, - deyə, mütəxəssislər bildirir.

Digər mühüm problem kardan borusu ilə bağlıdır. Yumşaq metaldan hazırlanır deyə, tez deformasiyaya uğrayır, nəticədə müəyyən sürət aralığında titrəmə hiss edilir. Söhbət uğursuz olan və maşının nasazlığına səbəb olan mexanizm çarpazlarından gedir. Başqa bir çatışmazlıq kimi asqı problemi göstərilir. Mütəxəssislər deyir ki, 70 min kilometr və ya daha çox məsafə qət etdikdən sonra Çin avtomobillərinin asqısının vaxtından əvvəl aşınmasına səbəb olan çatlar yaranır.

Çin avtomobillərinin əsas çatışmazlıqları sırasında aşağı və narahat oturma mövqeyi və düzgün düşünülməmiş erqonomikası sadalanır. Çin avtomobilini təkrar bazarda istənilən qiymətə satmaq çətin məsələdir. Bundan başqa, Çin avtomobillərinin çatışmazlıqları interfeysin və multimedia sistemlərinin incə tənzimlənməsi ilə bağlı problemlərdir. Çinlilər ideal multimedia sistemi yarada bilməyiblər. Eyni şey alətlər panelinin ekranına da aiddir - onun üzərində çoxlu müxtəlif simvollar var ki, bu da məlumatı oxumağı çətinləşdirir. Çin istehsalçılarının avtomobil hissələri üçün mərkəzi anbarlar yoxdur. Ona görə də Çin avtomobillərinin sahibləri sifariş etdikləri ehtiyat hissələrini uzun müdddət gözləmək məcburiyyətində qalır. 

Ümumilikdə isə Çin avtomobil istehsalında inqilabi yeniliklərə imza atmaqdadır.  Dünyada tanınan avtomobil istehsalçıları onilliklərlə bazarlarda tutduqları mövqeləri Çin avtomobil istehsalçılarına təhvil verməkdədirlər. Avtomobil alarkən ucuz qiymət, A sinfinə aid avtomobillərə xas komfort, qənaətcilliyi ilə seçilən Çin avtomobillərinin xeyrinə öz sözünü deyir.  

\\“Yeni Müsavat”


Избранный
11
23
news24.az

10Источники