RU

Blinkendən Colani sualına cavab: İstənilən şəxslə görüşə bilərik

ABŞ Dövlət Departamenti HTŞ lideri Colani ilə görüşəcəklərmi sualına “ABŞ-ın hər kəslə müxtəlif yollarla görüşmək imkanı var” cavabını verib.

Turkustan.az xəbər verir ki, digər tərəfdən ABŞ dövlət katibi Antoni Blinken Baas rejiminin devrilməsi ilə bağlı açıqlamalar verib. Blinken İŞİD-in yenidən güc qazanmaması üçün əllərindən gələni edəcəklərini ifadə edərək, Suriya xalqının öz gələcəyini təyin etmək hüququna malik olduğunu bildirib.
ABŞ Dövlət Departamenti HTŞ lideri Colani ilə görüşəcəklərmi sualına, "ABŞ-ın hər kəslə müxtəlif üsullarla görüşmək imkanı var" cavabını verib.

Digər tərəfdən ABŞ dövlət katibi Antoni Blinken Bəşər Əsəd Administrasiyasının devrilməsi ilə bağlı açıqlamalar verib. Blinken İŞİD-in keçid dövründən istifadə edib yenidən hərəkətə keçə biləcəyinə diqqət çəkərək, bunun qarşısını almaq üçün əllərindən gələni edəcəklərini bildirib.

Blinken Əsədin devrilməsinin bir çox üstünlüklər verdiyini, eyni zamanda bir çox mənfi cəhətləri də gətirdiyini bildirib. Blinken həmçinin Suriya xalqının öz müqəddəratını təyinetmə hüququna malik olduğunu vurğulayaraq, demokratiyaya çağırıb.

Blinken müxalifətçilərdən də danışıb. Xarici işlər naziri deyib: “Biz müxalifətin bütün etnik və dini qrupları əhatə edən hökumət qurmaq çağırışlarını alqışlayırıq, lakin önəmli olan onların həyata keçirilməsidir”.

Blinken son olaraq Suriyanın bütövlüyünü vurğulayaraq, Suriyanın parçalanmasında heç bir niyyətlərinin və marağının olmadığını bildirib.

ABŞ Dövlət Departamentindən verilən açıqlamada İŞİD-ə qarşı YPG Terror Təşkilatı ilə əməkdaşlığı davam etdirəcəkləri bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
72
turkustan.az

1Источники