RU

Türkiyəli alim Britaniyada yoxa çıxdı – Polis qüvvələri ara vermədən axtarışlara başladı

Türkiyənin tanmış alimlərindən biri, Maşın Mühəndisləri Palatasının üzvlərindən professor Orhan Ekrendən xəbər yoxdur.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı yazılı açıqlama verən TMMOB Ekrenin İngiltərədə itdiyini və London Konsulluğunun Ekrenin tapılması prosesinə qarışdığını bildirib.

Cranfield Universitetində müəllim işləyən professor Orhan Ekrenin tapılması üçün aidiyyatı rəsmi qurumların səylərini davam etdirdiyini bildirən TMMOB İzmir şöbəsi bildirib ki, “Noyabrın 26-dan bəri ondan heç bir xəbər yoxdur. Hörmətli üzvümüz Orxan Ekrenin ən qısa zamanda sağ-salamat tapılmasını ümid edirik. Bu acınacaqlı vəziyyətlə bağlı bizə məlumat verilib ki, polis qüvvələri ara vermədən axtarış əməliyyatlarını davam etdirdir və Türkiyənin Londondakı Konsulluğu da prosesdə fəal iştirak edir.

Palatamız prosesi yaxından izləyir və səlahiyyətli orqanlarla daim əlaqə saxlayır”.

Natiq Səlim,

KONKRET.az

Избранный
47
konkret.az

1Источники