RU

Bu ilin əvvəlindən Rusiyada 190 terror aktının qarşısı alınıb

2024-cü ilin əvvəlindən Rusiyada 190 terror aktının qarşısı alınıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.

Bildirilib ki, “keçirilən əməliyyatlar çərçivəsində 38 quldur və onların əlaltıları zərərsizləşdirilib, 1700 nəfərdən çox şəxs saxlanılıb”.

Qeyd olunub ki, terrorçuluğun maliyyələşdirilməsində iştirak edən 6 mindən çox şəxsin ümumi dəyəri 230 milyon rubldan çox olan hesabları bloklanıb.

Избранный
26
3
apa.az

4Источники